Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Məlikov Qaraoğlan Fiday oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır