Binəqədi rayonunda həyətləri su basıb, insanlar köməksiz vəziyyətdə qalıb

Binəqədi rayonunda həyətləri su basıb, insanlar köməksiz vəziyyətdə qalıb Əməliyyat saat 16:05-də başa çatıb
Hadisə
29 Mart , 2016 16:51
Binəqədi rayonunda həyətləri su basıb, insanlar köməksiz vəziyyətdə qalıb

Bakı. 29 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi