Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib

Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulda kənd sakinləri tərəfindən yararsız vəziyyətdə olan küçə elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi ilə bağlı müraciətləri Biləsuvar Elektrik Şəbə
Hadisə
4 Dekabr , 2023 20:57
Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulda kənd sakinləri tərəfindən yararsız vəziyyətdə olan küçə elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi ilə bağlı müraciətləri Biləsuvar Elektrik Şəbəkəsi tərəfindən qeydiyyata götürülərək icrasına başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, artıq 700 metr uzunluğu olan küçədə dirəklər basdırılıb. Həmçinin SİP kabelləşmə başa çatmaq üzrədir.

Eyni zamanda rayonun Ovçubərə kəndində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar qəbulda sakinlər tərəfindən yararsız vəziyyətdə olan 3 ədəd elektrik dirəyinin dəyişdirilməsi və xətlərin yenilənməsi ilə bağlı müraciətləri öz həllini tapıb.

Son xəbərlər

Orphus sistemi