Biləsuvarda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
- 03 sentyabr, 2023
- 13:00
Biləsuvarda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar Biləsuvar rayon sakinləri, 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cı il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayevdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:54
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində, ilkin məlumata görə, beş nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.