Biləsuvarda zədələnən daşıyıcı qaz xəttinin təmiri sabah başa çatdırılacaq - YENİLƏNİB
- 05 yanvar, 2023
- 19:13
Biləsuvarda traktorla qazıntı işi aparılan zaman zədələnən daşıyıcı qaz xəttinin təmiri sabah günorta saatlarına başa çatdırılacaq.
Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.
Açıqlamada deyilir ki, rayonun Xırmandalı kəndi ərazisindən keçən daşıyıcı qaz kəməri vətəndaş tərəfindən traktorla aparılan qazıntı zamanı zədələnib. Nəticədə rayonun Biləsuvar şəhərində 3 min abonentin, Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin isə əksər hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.
21:56
Biləsuvar rayonunda traktor 7 min abonenti qazsız qoyub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Dəyirman adlanan hissəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə traktorla qazıntı işi aparılan zaman daşıyıcı qaz xətti zədələnib.
Nəticədə, ilkin məlumata görə, Biləsuvar rayonunda 7 min abonent qazsız qalıb.
Bildirilib ki, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.