Biləsuvarda içməli suyun verilişi bərpa olunub - YENİLƏNİB

Hadisə
  • 11 noyabr, 2022
  • 14:47
Biləsuvarda içməli suyun verilişi bərpa olunub - YENİLƏNİB

Biləsuvar şəhərində içməli suyun verilişi bərpa olunub.

Bu barədə "Report"un Muğan bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.

Şəhəri içməli su ilə təchiz edən mərkəzi  boru kəmərində baş vermiş qəzanın nəticələri "Azərsu" ASC-nin Biləsuvar rayon Su Kanal idarəsi tərəfindən aradan qaldırılıb.

Qeyd edək ki, bu gün Biləsuvar şəhərini içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəza baş verib. Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan müvəqqəti fasilə yaranıb.

14:20

Biləsuvarda su kəmərində qəza baş verib, şəhərin su təchizatında problemlər yaranıb.

"Report"un Muğan bürosunun xəbərinə görə, qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb.

"Azərsu" ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən "Report"a bildirilib ki, şəhərin su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir: "Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir".