Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib

Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib Biləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib
Hadisə
11 Yanvar , 2021 21:21
Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib

Biləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi