Biləsuvarda yanan evdə 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Biləsuvarda yanan evdə 2 nəfər xəsarət alıb - YENİLƏNİB Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər
Hadisə
27 İyun , 2023 21:10
Biləsuvarda yanan evdə 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində, 1959-cu il təvəllüdlü Nabil Şahmarova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, ailə üzvləri evdə olarkən yanğın qəfildən evin damında başlayıb. Daha sonra evdə olanlar yanğını özləri söndürməyə cəhd ediblər. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Onlar ailənin gəlini olan 1997-ci il təvəllüdlü X.Şahmarovanı yanğından xilas ediblər. Lakin qadın qollarından və tənəffüs yollarından ağır yanıq xəsarətləri alıb.

Qadına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, daha sonra vəziyyəti ağır olduğu üçün Bakı Yanıq Mərkəzinə təxliyə edilib.

Məlumata görə, yanğın nəticəsində ev sahibi də yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

17:33

Biləsuvar rayonunda ev yanıb, xəsarət alan var.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Belə ki, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi