Biləsuvarda yol qəzası nəticəsində sıradan çıxan qaz xətti, elektrik və rabitə bərpa edilib
- 19 iyul, 2022
- 18:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvarda avtomobil qəzası nəticəsində qazsız qalan kənddə veriliş bərpa olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, artıq qaz xətti, elektrik və rabitə bərpa edilib.
Qeyd edək ki, qəza zamanı idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb.
Faktla bağlı araşdırma aparılır.
20:10
Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.
Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.
Faktla bağlı araşdırma aparılır.