Biləsuvarda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 09 aprel, 2023
  • 03:52
Biləsuvarda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirib

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1973-cü il təvəllüdlü Dədəliyev Eldəniz Qafar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi və müştərək travma diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə