Biləsuvarda 14 sürücü inzibati məsuliyyətə cəlb edilib  

Biləsuvarda 14 sürücü inzibati məsuliyyətə cəlb edilib   Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib
Hadisə
150
19 Aprel , 2021 21:27
Biləsuvarda 14 sürücü inzibati məsuliyyətə cəlb edilib  
0 : 00
0 : 00

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı ümumilikdə 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi