Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb - ADLAR
Hadisə
- 30 yanvar, 2024
- 06:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beyləqan rayonunun İmamverdilər kəndində yerləşən dəmiryolu xəttinin yerləşdiyi körpüdə yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, “VАZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub.
Nəticədə rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar “VАZ” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.
Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
23:29
Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Digər ölkələr
23:15
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb
Digər ölkələr
23:08
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır
Maliyyə
23:07
Lazar Spasiç: "Trabzonspor"a qarşı müdafiədə lazımi səviyyədə çıxış etmədik"
Komanda
22:39
Foto
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xarici siyasət
22:30
İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil
Region
22:23
Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
Digər ölkələr
22:21
"Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var"
Komanda
22:12
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar
Digər ölkələr