Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddələr məlum olub.
Hadisə
3 Dekabr , 2022 10:19
Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.

Belə ki, həmin il F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 il həbs cəzasından sonra azadlığa buraxılıb. Ailələr arasında münasibətlər daha da pisləşib.

Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi