Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb

Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Noyabr , 2016 11:37
Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb

Beyləqan. 26 noyabr. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, noyabrın 25-də saat 19 radələrində rayonunun Dünyamalılar kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini  Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb. 

Nəticədə sürücü Q.Sarıyev hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi