Yuxarı

Bərdədə toy sahibini inək vurub

Yerli sakin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, övladına toy eden Laçın rayonundan olan məcburi köçkün İsmayıl Hüseynov oğlunun toyu üçün aldığı dananı kəsmək istəyərkən heyvan tərəfindən vurulub.

Ağır xəsarət alan bəy atası Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İsmayıl Hüseynov ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi