​Bərdədə sirkə turşusunu meyvə şirəsi bilib içən gənc zəhərlənib

​Bərdədə sirkə turşusunu meyvə şirəsi bilib içən gənc zəhərlənib Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib
Hadisə
30 İyun , 2015 17:30
​Bərdədə sirkə turşusunu meyvə şirəsi bilib içən gənc zəhərlənib

Bakı. 30 iyun. REPORT.AZ/ Bərdədə zəhərlənmə hadisəsi baş verib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından (RMX) "Report"a verilən məlumata görə, ötən gün axşam saatlarında təxminən 30 yaşında şəxsiyyəti məlum olmayan rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Yaxınları ilə aparılan sorğu zamanı məlum olub ki, o, kimyəvi maddə olan sirkə turşusunu meyvə suyu bilərək içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən şəxsə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. 

Son xəbərlər

Orphus sistemi