Bakı. 16 Avqust. REPORT.AZ/ Bərdədə intihara cəhdin qarşısı alınıb.
"Report" xəbər verir ki, rayonun Gərənə kəndi yaxınlığında məcburi köçkünlər üçün yeni inşa edilən 7 mərtəbəli binaya çıxaraq intihar etmək istəyən ağdamlı məcburi köçkün 38 yaşlı Cəfərov Xaliq Sulduz oğlu
*** 17:39
Bakı. 16 Avqust. REPORT.AZ/ Bərdədə orta yaşlı kişi Gərənə kəndinin yaxınlığında məcburi köçkünlər üçün yeni inşa edilən 7 mərtəbəli binaya çıxaraq intihar edəcəyini deyir.
"Report" xəbər verir ki, hadisə yerinə
FHN əməkdaşları sözügedən şəxsi intihardan çəkindirməyə çalışır. Əraziyə xüsusi texnika və kran cəlb edilib. İntihara cəhd edən şəxsin Ağdam rayon sakini 38 yaşlı Cəfərov Xaliq Sulduz oğlu olduğu müəyyənləşib.
İlkin ehtimala görə, Xaliq Cəfərov məcburi köçkünlər ücün salınan binalarda ona ev verilmədiyindən özünü öldürmək istəyir. Lakin intihara cəhdin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.