Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb - YENİLƏNİB

Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb - YENİLƏNİB Bərdə. 14 avqust. REPORT.AZ/ Bərdə rayonunda sevdiyi olğan təfərindən qaçırılan 17 yaşlı qız tapılıb.
Hadisə
14 Avqust , 2018 11:31
Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb - YENİLƏNİB

Bərdə. 14 avqust. REPORT.AZ/ Bərdə rayonunda sevdiyi olğan təfərindən qaçırılan 17 yaşlı qız tapılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Z.Museyavanın valideynlərinin Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciətindən sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb.  

Keçirilən əməliyyat tədbirlərindən sonra qaçırılan 17 yaşlı qızın yeri müəyyən edilib. 

Məluma olub ki, qızı sevdiyi oğlan, 17 yaşlı Xəyyam Məmmədov evlənmək məqsədi ilə qaçırıb. Gənc qız ailəsinə təhvil verilib. 

X.Məmmədov isə saxlanılaraq Bərdə RPŞ-ə gətirilib.  

Faktla bağlı araşdırma aparılır.


***19:41

Bərdə. 13 avqust. REPORT.AZ/ Bərdə rayonunda yeniyetmə qız qaçırılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Z.M. evlənmək məqsədilə Xəyyam adlı oğlan tərəfindən qaçırılıb.

Bərdə rayon Polis şöbəsindən "Report"un yerli bürosuna faktı təsdiqləyiblər. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi