Bərdədə köhnə məktəb binasında yanğın olub, xəsarət alan var

Bərdədə köhnə məktəb binasında yanğın olub, xəsarət alan var Bərdədə köhnə məktəb binasında yanğın hadisəsi baş verib
Hadisə
22 Sentyabr , 2024 07:33
Bərdədə köhnə məktəb binasında yanğın olub, xəsarət alan var

Bərdədə köhnə məktəb binasında yanğın baş verib

“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.

Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi