Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb

Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb 16 yaşlı Laçın Qasımov paytaxtda Dənizkarı Milli Parkın ərazisində olub
Hadisə
14 Aprel , 2017 13:16
Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bərdə rayonunda itkin düşən məktəbli Bakıda tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Bərdənin Meşəcilik İnstitutu ərazində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov paytaxtda Dənizkarı Milli Parkın ərazisində tapılıb. 

L.Qasımovun valideynlərinin verdiyi məlumata görə, yeniyetməni əvvəl Bakıda bir məktəbdə oxuduğu sinif yoldaşları tapıb və valideynlərinə bu barədə məlumat verib.

Qeyd edək ki, o, aprelin 10-da səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. 

Son xəbərlər

Orphus sistemi