Bərdədə həmkəndlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bərdədə həmkəndlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib Bərdədə Elçin Mehdiyevi qətlə yetirməkdə təqsirləndirilən Asəf Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Noyabr , 2021 13:01
Bərdədə həmkəndlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bərdə rayonunda qətl törətməkdə təqsirləndirilən Asəf Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 27-i saat 2 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1991-ci il təvəllüdlü A.Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı dəmir küt alət və bıçaqla E.Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi