Bərdədə canavarlar 17 qoyunu parçalayıb - FOTO

Bərdədə canavarlar 17 qoyunu parçalayıb - FOTO Bərdə rayonunda canavarlar şəxsi təsərrüfata hücum edib.
Hadisə
26 Sentyabr , 2019 09:31
Bərdədə canavarlar 17 qoyunu parçalayıb - FOTO

Bərdə rayonunda canavarlar şəxsi təsərrüfata hücum edib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Yırtıcılar kənd sakini Ziyad Allahverdiyevə məxsus təsərrüfatda olan qoyunları parçalayıb. Onlardan 17-si tələf olub, 30-u isə yaralanıb.

Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin Bərdə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

Ölmüş heyvanlar basdırılıb, yaralı heyvanlara isə vaksin vurulub.

Son xəbərlər

Orphus sistemi