Bərdədə 16 yaşlı qız qaçırılıb

Bərdədə 16 yaşlı qız qaçırılıb 2002-ci il təvəllüdlü qız tanımadığı şəxs tərəfindən qaçırılıb
Hadisə
5 Fevral , 2018 01:05
Bərdədə 16 yaşlı qız qaçırılıb

Bərdə. 5 fevral. REPORT.AZ/ Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi