Bərdə sakini 8745 manatı mənimsəmək üçün özünü bıçaqlayıb

Bərdə sakini 8745 manatı mənimsəmək üçün özünü bıçaqlayıb Bərdə rayon sakini polisə yalan məlumat verib.
Hadisə
25 Oktyabr , 2019 18:49
Bərdə sakini 8745 manatı mənimsəmək üçün özünü bıçaqlayıb

Bərdə rayon sakini polisə yalan məlumat verib.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində yerləşən “Mal bazarında” qeydə alınıb.

Rayon sakini Zabil Əzizli yaxınlarına zəng edərək tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və üzərində olan 8745 manat pulunun oğurlandığını deyib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Zabil Əzizlinin bütün yalanları ifşa edilib.

Məlum olub ki, Zabil Əzizli yaxın qohumu Tahir Qurbanova məxsus 8745 manat pulu mənimsəmək üçün sol bud nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib və mənimsəmə faktını gizlətmək üçün həm polisə, həm də qohumlarına yalan danışıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi