​Başqırdıstanda polisə rüşvət verən azərbaycanlı mühakimə olunacaq

​Başqırdıstanda polisə rüşvət verən azərbaycanlı mühakimə olunacaq Hazırda cinayət işi şəhər məhkəməsinə göndərilib
Hadisə
7 Fevral , 2015 08:13
​Başqırdıstanda polisə rüşvət verən azərbaycanlı mühakimə olunacaq

Bakı. 7 fevral. REPORT.AZ/ Başqırdıstanın paytaxt məhkəməsində patrul xidməti əməkdaşına vəzifə öhdəliyini icra edən zaman rüşvət təklif etmək faktı üzrə cinayət işinə baxılacaq.

"Report" xəbər verir ki, ittiham olunan şəxs 28 yaşlı Azərbaycan sakinidir. Bu barədə Respublika Dövlət Avtomobil Müfəttişliyinin məlumatında bildirilir.

İstintaqın məlumatına görə, ötən ilin payızında Yol Patrul Xidmətinin əməkdaşı Pravda küçəsi ərazisində sürücünün sərhəd zonasında hərəkət qaydalarını pozması səbəbindən avtomobili saxlayıb.

Qayda pozuntusu rəsmiləşdirilən zaman, həmyerlimiz dinmədən polisin avtomobilinin oturaca hissəsinə min rubl qoyub və bununla ona rüşvət təklif edib.

Hazırda sürücüyə qarşı qaldırılan cinayət işi şəhər məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi