Baş Prokurorluq: "Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib"

Hadisə
  • 30 noyabr, 2023
  • 08:04
Baş Prokurorluq: Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib

"Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib"

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində prokurorluq orqanlarında aparılan istintaq tədbirləri ilə istintaqı tamamlanan cinayət işləri üzrə xüsusi mülkiyyətə 54 milyon 63 min manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.

H.Məmmədov bildirib ki, vurulan maddi ziyandan 19 milyon 564 min manat vəsaitin ödənilməsinə nail olunub.

Baş prokurorun müavini onu da söyləyib ki, son üç il ərzində qeyri-aşkar şəkildə törədilmiş 35 qəsdən adamöldürmə cinayətinin üstü açılıb.