Baş Prokurorluq: Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək öldürülməsi barədə məlumat yalandır

Baş Prokurorluq: Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək öldürülməsi barədə məlumat yalandır Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Hadisə
11 Sentyabr , 2019 16:31
Baş Prokurorluq: Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək öldürülməsi barədə məlumat yalandır

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb: "18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirib". 

"Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi