Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Saytın təsisçisi dəqiqləşdirilməmiş məlumatı saytda yayımladığına görə, iki əməkdaşı tutduğu vəzifədən azad edib və gələcəkdə bu kimi nöqsanlara yol verməmələri barədə sayt əməkdaşlarına ciddi xəbərdarlıq edib. Oxu24.com rəhbərliyi yaranmış xoşagəlməz vəziyyətə görə, güc stukturu rəhbərliyindən və oxuculardan üzr istəyir.