Bankın sabiq inkassatoru məhkəmədə ifadə verib

Bankın sabiq inkassatoru məhkəmədə ifadə verib Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hadisə
9 Oktyabr , 2018 12:23
Bankın sabiq inkassatoru məhkəmədə ifadə verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Mövsümov özünü təqsirli bilmədiyini deyib.

O, sərbəst ifadəsində günahsız olduğunu, bankın pulunu mənimsəmədiyini söyləyib: "Heç bir günahım yoxdur, bu işdən xəbərsizəm".

Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

İttiham aktına əsasən, Ş.Mövsümov "Bank Respublika"nın sabiq əməkdaşıdır. O, həmin bankda inkassator vəzifəsində çalışıb.

Cinayət materiallarına görə, Ş.Mövsümov bankın 90 min manat pulunu mənimsəyib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ş.Mövsümov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi