Balakəndə güclü yağış bir sıra fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB

Balakəndə güclü yağış bir sıra fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
10 Sentyabr , 2018 13:35
Balakəndə güclü yağış bir sıra fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Video əlavə olunub


***12:28

Balakən. 10 sentyabr. REPORT.AZ/ Balakən rayonunda güclü yağışın yaratdığı fəsadlar aradan qaldırılıb. 

Bu barədə "Report"un yerli bürosuna Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisində 6, rayonun Tülü və Talalar kəndi kəndi ərazisində 18 evin zirzəmisinə gağış və qrunt suları dolub: "Rayon ərazisində elektrik enerjisinin verilişi tam bərpa edilib. Qrunt suları fərdi yaşayış evlərinin zirzəmisindən, təsərrüfatlardan və meyvə bağlarından xüsusi nasoslar vasitəsi ilə çıxarılıb". 


*** 11:47

Balakən. 10 sentyabr. REPORT.AZ/ Balakən rayonunda güclü yağış bir sıra fəsadlar törədib.

"Report"un Şəki-Zaqatala bürosu xəbər verir ki, hadisə sentyabrın 9-dan 10-a keçən gecə rayon mərkəzində, Tülü və Talalar kəndi ərazisndə qeydə alınıb.

Məlumata görə, rayon ərazisində güclü yağış və dolu nəticəsində 20-ə yaxın fərdi yaşayış evinin zirzəmisinə və həyatyanı sahəsinə yağış suyu dolub. Bundan başqa, əraziyə yağan dolu nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib. 

Rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Fərdi yaşayış evlərinin zirzəmisinə dolan yağış suyunun təmizlənməsinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Son xəbərlər

Orphus sistemi