Bakıda “Mercedes”lərin toqquşması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakıda “Mercedes”lərin toqquşması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
18 Avqust , 2014 16:06
Bakıda “Mercedes”lərin toqquşması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbiat xidmətindən Report-a bildirilib ki, avqustun 18-də saat 01 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Tural İbrahimovun və Rusiya Federasiyası vətəndaşı Azər Ələkbərovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. T.İbrahimovun sərnişinlərindən - Sumqayıt şəhər sakini Fatma Dünyamalıyeva hadisə yerində ölüb, özü və digər sərnişinləri - arvadı Alidə, azyaşlı oğlu Namiq, Mehdiabad qəsəbə sakinləri Kəmalə Qasımova və azyaşlı Xədicə Qasımova, habelə A.Ələkbərovun sərnişinləri - Bakı şəhər sakini Aybəniz Ələkbərova, Goranboy rayon sakinləri Nərmin Məmmədova və bacısı Nigar xəstəxanaya yerləşdiriliblər. Tural İbrahimov orada ölüb, Aybəniz Ələkbərovaya, Nərmin Məmmədovaya və bacısı Nigara ilkin tibbi yardım göstərilib.

Yasamal rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi