Bakıda daha bir məşhur restoranda dava düşüb

Bakıda daha bir məşhur restoranda dava düşüb Mübahisə restoranda olan bir qrup müştərinin hesabı ödəməkdən imtina etməsi səbəbindən baş verib
Hadisə
10 Sentyabr , 2014 10:48
Bakıda daha bir məşhur restoranda dava düşüb
Bakı.10 sentyabr.REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən məşhur "Çanaqqala" restoranında dava düşüb. Bu barədə Report-a həmin vaxt hadisə yerində olan restoranın müştəriləri məlumat verib. Mübahisə isə restoranda olan bir qrup şəxsin orada yeməkdən sonra hesabı ödəməkdən imtina etməsi səbəbindən baş verib.

Hadisə yerinə çağrılan Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşları restoranda hesabı ödəməyərək qarışıqlıq salan şəxslərdən ikisini saxlayaraq bölməyə aparıblar.

18-ci PB-nin növbətçi hissəsindən də Report-a hadisənin baş verdiyini təsdiqləsələr də saxlanılan şəxslərin ad və soyadları barədə məlumat verilməyib.

Həmin şəxslər restoranın hesabını verəndən və qanunla cərimə olunduqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı "Oazis" restoranında da dava düşmüşdü.

Son xəbərlər

Orphus sistemi