“BakuBus”un avtobusu yolu keçmək istəyən piyadanı vurub - FOTO
Hadisə
- 15 oktyabr, 2016
- 09:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 oktyabr. REPORT.AZ/ “BakuBus”a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.
“Report”un məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.
24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Son xəbərlər
15:02
Laos Prezidenti "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib
Xarici siyasət
15:00
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı texnikalarının alınmasına keçilə bilər
ASK
14:58
Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
Region
14:51
İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
Futbol
14:46
Kəlağayı yürüşü: Milli geyimlərimiz gənclərə və uşaqlara nümunə olur
Mədəniyyət siyasəti
14:40
Oktyabrın ilk yarısında Bakıda 26, bölgələrdə isə 30 dərəcə isti olub
Ekologiya
14:39
Futzal üzrə dünya çempionatı: Çexiya - Azərbaycan oyununun təyinatları müəyyənləşib
Futbol
14:36
Ukrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Digər ölkələr
14:33
Foto
Azərbaycan HOTREC və "Hotelstars" İttifaqının Baş Assambleyalarına qatılıb
Turizm