Bakının iki rayonunda 14 "parkovşik" cərimələnib

Bakının iki rayonunda 14 "parkovşik" cərimələnib Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub
Hadisə
27 Yanvar , 2022 18:32
Bakının iki rayonunda 14 parkovşik cərimələnib

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və həmin onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanovi rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi