Bakıdan Neftçalaya qonaq gedən 15 yaşlı qız müəmmalı şəkildə ölüb

Bakıdan Neftçalaya qonaq gedən 15 yaşlı qız müəmmalı şəkildə ölüb A.Kərimlinin ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq
Hadisə
25 Avqust , 2018 21:06
Bakıdan Neftçalaya qonaq gedən 15 yaşlı qız müəmmalı şəkildə ölüb

Neftçala. 25 avqust. REPORT.AZ/ Neftçala rayonunda 15 yaşlı qız dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qırmızıkənd kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Kərimli Ailim Ramal qızı dünyasını dəyişərək müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Ailim Kərimlinin valideynləri Bakı şəhərində yaşasalar da, qız hər il yay tətilini ata yurdu Qırmızıkənd kəndində babasıgildə keçirirmiş. Bu yay tətilində də babasıgilə gedib.

Qızın ölümünə iki səbəb göstərilir. İlkin versiyaya görə, Ailim elektrik cərəyanı vurması nəticəsində ölüb. Yaxınlarının dediyinə görə isə qız epilepsiya xəstəliyindən dünyasını dəyişib. A.Kərimlinin ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi