Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb
Hadisə
- 12 dekabr, 2016
- 07:16
Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.
Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.
Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir günlükdür. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:43
Foto
Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28