Bakıda zəncirvari yol qəzası olub, ölən var

Hadisə
  • 10 yanvar, 2019
  • 08:26
Bakıda zəncirvari yol qəzası olub, ölən var

Bakı. 10 yanvar. REPORT.AZ/ Xəzər rayonunda yol qəzası baş verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.