Bakıda yük avtomobilindən texnika yola aşıb, AYNA daşınma icazəsinin alınmadığını açıqlayıb - YENİLƏNİB

Bakıda yük avtomobilindən texnika yola aşıb, AYNA daşınma icazəsinin alınmadığını açıqlayıb - YENİLƏNİB Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Hadisə
29 İyun , 2024 15:15
Bakıda yük avtomobilindən texnika yola aşıb, AYNA daşınma icazəsinin alınmadığını açıqlayıb - YENİLƏNİB

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonunun Ziya Bünyadov prospektində yük avtomobilinin üzərində olan texnikanın yolun hərəkət hissəsinə düşməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirib ki, quruma 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iri qabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.

10:58

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi