Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb - FOTO - VİDEO

Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb - FOTO - VİDEO Qəza Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində baş verib
Hadisə
28 Yanvar , 2018 23:08
Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb - FOTO - VİDEO
Report

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

“Report” xəbər verir ki, "Mercedes", "Hyundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Bunlar 1988-ci il təvəllüdlü Qurbanov Qəyyum Novruz oğlu və 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. İkincinin vəziyyəti ağırdır.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.

YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn "99-LS-111" dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi