Bakıda yolu keçmək istəyən 83 yaşlı qadını maşın vuraraq öldürüb

Bakıda yolu keçmək istəyən 83 yaşlı qadını maşın vuraraq öldürüb Qəza Bakıxanov körpüsü yaxınlığında baş verib
Hadisə
13 İyun , 2017 22:09
Bakıda yolu keçmək istəyən 83 yaşlı qadını maşın vuraraq öldürüb
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, qəza Bakıxanov körpüsü yaxınlığında baş verib.

Taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi