Bakıda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Bakıda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2017 12:08
Bakıda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Bakı. 10 avqust. REPORT.AZ/ Bakı sakini Qədir Məmmədov yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə avqustun 5-də saat 17:00 radələrində Binəqədi rayonu Goradil bağlar sahəsində baş verib.

Bakı şəhər sakini Teymur Cabbarovun idarə etdiyi “İsuzu” markalı və Abşeron rayon sakini Vüsal Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. V.Məmmədov idarəetməni itirdiyindən avtomobil səkidə dayanmış paytaxt sakini Q.Məmmədova dəyib.

Xəstəxanaya yerləşdirilən Q.Məmmədov avqustun 9-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi