Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Oktyabr , 2016 18:37
Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun 61-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1951-ci il təvəllüdlü Sahib Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir arakəsməyə çırpılıb. 

Nəticədə sərnişinlər - 1990-cı il təvəllüdlü Saniyyə Sadıq qızı Sadıqova, 59 yaşlı Nisə Sadıqova və sürücü Sahib Sadıqov ağır bədən xəsarətlər ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan hər üç şəxs bir ailənin üzvləridir. 

Son xəbərlər

Orphus sistemi