Bakıda yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 07 aprel, 2022
- 21:36
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneələrə çırpılıb. Hadisə zamanı 25 yaşlı Şahmar Fətullayev və 27 yaşlı Gözəlov Ramin Rəhim oğlu xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Gözəlovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
02:54
Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Digər ölkələr02:29
Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb
Digər ölkələr02:04
Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Region01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21
Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
Xarici siyasət01:08
Tramp: Ərdoğan möhtəşəm insandır
Digər ölkələr00:40