Bakıda beşmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB Bakıda yaşayış binasında binasında yanğın baş verib
Hadisə
21 Mart , 2021 08:31
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada olub.

08:18

Bakıda yaşayış binasında binasında yanğın baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi