​Bakıda yanğın olub: bir nəfər yanıq xəsarətləri alıb, 20 nəfər təxliyyə olunub

​Bakıda yanğın olub: bir nəfər yanıq xəsarətləri alıb, 20 nəfər təxliyyə olunub Mənzilin qalan hissəsi yanğından mühafizə edilib
Hadisə
6 Mart , 2015 09:18
​Bakıda yanğın olub: bir nəfər yanıq xəsarətləri alıb, 20 nəfər təxliyyə olunub

Bakı. 6 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi