Bakıda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə
  • 12 avqust, 2021
  • 19:20
Bakıda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın hadisəsi olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Xəzər rayonunda ümumi sahəsi 200 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan 6 ədəd dəzgah yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

44 filmi