Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxslər tutulub

Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxslər tutulub Onlardan 2 nəfəri qadındır
Hadisə
10 Noyabr , 2017 12:46
Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxslər tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.

Digər analoji cinayətin üstü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb.

Noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb.

Son xəbərlər

Orphus sistemi