Bakıda "X-Lady" mağazasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda "X-Lady" mağazasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş verən yanğın söndürülüb.
Hadisə
906
23 İyun , 2019 11:31
Bakıda X-Lady mağazasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, yanğının qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Əraziyə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı şəhər meri Eldar Əzizov, Nizami rayonun icra başçısı Arif Qasımov, həmçinin rayonun polis rəisi gəlib.

Yanğınla bağlı qərargah yaradılıb.


***10:26

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi