Bakıda "Wi-Fi"ya görə qonşularını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda "Wi-Fi"ya görə qonşularını bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəqani Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
6 Dekabr , 2017 16:49
Bakıda Wi-Fiya görə qonşularını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəqani Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il may ayının 12-də Bakının Xəzər rayonu, Zirə qəsəbəsində baş verib. Astara sakini, 1992-ci il təvəllüdlü X.Əliyev qonşusu Ələkbər və Emin Əliyevləri bıçaqlayıb. Hər iki yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Dərhal əməliyyat edilən yaralıların həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra qaçıb gizlənən X.Əliyevi Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları saxlayaraq istintaqa cəlb ediblər. Saxlanılan X.Əliyev ilkin ifadəsində bildirib ki, gecə vaxtı qonşunun hasarına söykənib "Wi-Fi"dan istifadə edirmiş. Bu vaxt qonşu onun bu hərəkətinə irad bildirib. Səsə gələn digər şəxslər də X.Əliyevə bunu irad tutaraq onunla mübahisə etməyə başlayıblar. Daha sonra o, evə qayıdıb mətbəxt bıçağını götürərək yenidən həmin məhləyə gəlib. Elə qanlı cinayət də bu zaman olub.

X.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi