Bakıda velosiped sürən 10 yaşlı uşağı avtomobil vurub

Hadisə
  • 19 iyun, 2021
  • 22:24
Bakıda velosiped sürən 10 yaşlı uşağı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Azyaşlı həkimlərin nəzarətinə götürülüb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

44 filmi